"Kimya - həyatımızın parçası" mövzusunda tədbir
07.04.2023-cü il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşəbbüsü ilə "Kimya həyatımızın parçası" mövzusunda tədbir keçirilmişdir. Tədbir dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Kimya fakültəsinin dekan müavini Taleh Qəhrəmanov, professor Namiq Şıxəliyev, Bakı Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri İsa İsayev çıxış edərək bildirdilərki, Tələbə Elmi Cəmiyyəti gənc tədqiqatçılarının yüksək ixtisaslı kimyaçı kadrların kimi yetişməsi ücün həqiqi axtarış və yaradıcılıq məktəbidir. Bu cəmiyyət istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında, tələbələrin bilikli, bacarıqlı, elmə bağlı olmalarını nümayiş etdirmələri baxımından mühüm rol oynayır. Fakültənin kafedra və elmi tədqiqat laboratoriyalarında tələbələrin elmə yönləndirilməsinə, olimpiadalarda iştirakına, bacarıqlarının artırılmasına və inkişafına, kimyanın sirlərinə dərindən yiyələnmələrinə TEC öz töhfəsini verir. İnsanların həyatına yaradıcı bir təsiri olan əsas sahələrdən biri kimi kimyanın rolu daha da artacaq. Tədbirdə Fakültə Tələbə Elmi Cəmiyyətinin idarə heyətinin üzvləri Arzu Süleymanova, Aytac Vəliyeva və Fərid Abbasov “Kimyanın insan həyatında rolu”, “Kimyəvi gigiyena və kosmetika”, “Kimya elm kimi insan sivilizasiyasının inkişafındaki rolu” barədə məruzə etdilər. TEC-in elm və sosial cəhətdən tələbələrə müsbət istiqamətdə təsirləri haqqında ətraflı məlumat verdilər. Tədbir zamanı "Nə üçün TEC?" sualı ətrafında çıxışlar edilmiş, müzakirələr aparılmışdır. Sonda Kimya fakültəsi Tələbə Elmi Cəmiyyəti fəaliyyəti ilə bağlı video çarx təqdim olunmuşdur.