Kimya ixtisası üzrə IV kurs tələbələri elmi-istehsalat təcrübəsi keçirlər

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Kimya ixtisası üzrə IV kurs tələbələri ARETN-nın Kimya və Y.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitututlarında elmi-istehsalat təcrübəsi keçirlər. Elmi-istehsalat təcrübəsində təhlükəsizlik tələbləri gözləməklə tələbələr ayrı-ayrı qrup şəklində üç aylıq təcrübə müddətində institutların laboratoriyalarında müasir cihaz və avadanlıqların iş prinsipləri, fiziki-kimyəvi tədqiqat üsulları, aparılan elmi-tədqiqat işləri ilə tanış olacaqlar. Tələbələrə yağlara-yanacaqlara əlavələr, neft kimyəvi sintezin əsas məhsulları, qeyri-üzvi materialşünaslıq və kataliz prioritet istiqamətləri üzrə əldə olunan mühüm nəticələrlə bağlı məlumatlar verilir, bir sıra təcrübələrin onlar tərəfindən həyata keçirilməsinə də şərait yaradılır.
Qeyd edək ki, ARETN kimya profilli müəssisələrində sıx əməkdaşlıq nəticəsində təcrübələrin təşkili BDU-da elmlə təhsilin inteqrasiyası istiqamətində görülən işlərdən biridir.