Kimyaçılar Beynəlxalq Elmi Konfransda
27-29 aprel 2022-ci il tarixlərində Bakı Ali Neft məktəbində (BANM) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Kimya və kimya mühəndisliyində dayanıqlı inkişaf” Beynəlxalq Elmi Konfransı keçirilmişdir. Konfransda Bakı Dövlət Universiteti Kimya fakültəsi Neft kimyası və kimya texnologiyası kafedrasının doktorant və magistrantları biokütlə əsasında alınan yanacaqlar, eləcə də heterotsiklik birləşmələrin alınması mövzularında məruzələrlə çıxış etmişdir. Konfransın yekununda yaşıl enerji sahəsində işlərinə görə doktorant Salatın Quliyeva 2-ci, magistrantlar Gülər Məmmədzadə 3-cü, Sahilə Hüseynova isə fərqləndirici sertifikatlara layiq görülmüşdür.