“Kimyaçının karyera yolu” adlı təlim keçirildi
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsinin nəzdində fəaliyyət göstərən "ChemXplorers" klubunun təşkilatçılığı ilə “Kimyaçının karyera yolu” adlı təlim keçirilmişdir. Klubun sədri Nailə Tağıyeva klubun gələcək fəaliyyəti və məqsədləri haqqında gənclərə məlumat vermiş, kimya elm sahələri, bu sahələrdə iş imkanları haqqında ətraflı çıxış etmişdir. Tədbirdə klub həmsədri Günay Kazımova xaricdə təhsil alan tələbələr üçün təqaüd şərtləri, təqaüd proqramları və uyğun mənbələr haqqında təqdimat etmişdir. Klubun sosial media meneceri Aysun Əliyeva günümüzdə sosial mediadan düzgün istifadənin, tələbələrin gələcək karyeralarının formalaşmasına təsirindən danışmışdır. Təlimin sonunda iştirakçılarla xatirə şəkli çəkilmişdir.