Kimyanın tədrisi metodikası kafedrasında elmi seminar keçirildi
Kimya fakültəsinin Kimyanın tədrisi metodikası kafedrasının müəllimi Dürüskari Gülnarə Şamil qızının “Kimya dili və onun müasir texnologiyalar vasitəsilə tədrisi” mövzusunda elmi seminarı keçirilmişdir. Seminar məruzəsində kimyanın tədrisi metodikası sahəsində mövcud olan aktual məsələlərə toxunulmuşdur. Keçirilən seminar mövzusu, kimya dili və onun kimya elminin tədrisi və araşdırılmasında əhəhmiyyətindən, həmçinin son dövr inkişaf etmiş elmi dil və onun müxtəlif ifadə vasitələrinin müzakirəsinə həsr olunmuşdur. Xüsusilə, müasir sadələşdirilmiş kimya dili, bu dil vasitəsilə istənilən quruluşa və stereokimyəvi xüsusiyyətlərə malik olan molekulların adlandırılmasını ən sadə qaydalara uyğun olaraq həyata keçirmək, kimyaçıların maraq dairəsində və elmi-metodik fəaliyyətində xüsusi rol oynayır. Məruzəçi, kimya dilinin ənənəvi nomenklatura qaydalarından fərqli adlandırma metodları haqqında məlumat verdi. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirələr həyata keçirilmişdir.