Kimyanın tədrisi metodikası kafedrasında elmi seminar keçirilib

Kimyanın tədrisi metodikası kafedrasında elmi seminar keçirilmişdir. Seminarda kafedranın II kurs magistrantı Gülnar Quliyeva “Vizuallaşma texnologiyalarının şagirdlərin idrak fəaliyyətinə təsiri” mövzusunda məruzə etmişdir. G.Quliyeva öz çıxışından qeyd etdi ki, kimyanın tədrisində vizuallaşma texnologiyalarının tətbiqi şagirdlərin idrak fəaliyyətinə mühüm təsir göstərir. Bu texnologiyalar abstrakt anlayışların konkret şəkildə təqdim olunmasını təmin edərək dərsin mənimsənilməsini asanlaşdırır. Şagirdlər müşahidə, analiz və ümumiləşdirmə bacarıqlarını inkişaf etdirir, kimyəvi proseslərin mahiyyətini daha dərindən dərk edirlər. Vizuallaşdırılmış materiallar şagirdlərin diqqətini cəmləməyə, mövzular arasında məntiqi əlaqə qurmağa və yeni bilikləri əvvəlkilərlə əlaqələndirməyə kömək edir. Bu yanaşma həm də tənqidi və yaradıcı düşünməni stimullaşdırır, şagirdlərdə elmi təfəkkürün formalaşmasına şərait yaradır. Seminarda kafedranın professor-müəllim heyəti və magistranları iştirak etmişdir.