Kimyanın tədrisi metodikası kafedrasında növbəti elmi seminar keçirildi
-lg.jpg)
Kimyanın tədrisi metodikası kafedrasında elmi seminar keçirilmişdir. Seminarda kafedranın I kurs magistrantı Fərqanə İbrahimova “Akmeo-peşəkarlığın inkişafına əsaslanan didaktik modeldə oksidləşmə-reduksiya reaksiyalarının tədrisinə innovativ yanaşma” mövzusunda məruzə etmişdir. Məruzədə oksidləşmə-reduksiya reaksiyalarının tədrisində akmeo-peşəkarlığın inkişafına əsaslanan didaktik modelin tətbiqinə dair araşdırmalar öz əksini tapmışdır. Məqsəd müəllimlərin peşəkar fəaliyyətində özünü inkişaf, refleksiya və yaradıcılıq bacarıqlarını stimullaşdırmaqla, şagirdlərin elmi düşüncə tərzinin formalaşmasına və kimyəvi prosesləri sistemli şəkildə qavramasına şərait yaratmaqdır. Tədqiqatda interaktiv və problem yönümlü öyrənmə, layihə əsaslı fəaliyyət, eksperiment və reflektiv müzakirələr kimi innovativ metodlardan istifadə edilmiş, müəllim və şagird əməkdaşlığına əsaslanan bu modeldə akmeoloji yanaşma kimyanın tədris prosesinə motivasiyaedici, tədqiqat yönümlü və yaradıcı mühit gətirir. Nəticələr göstərmişdir ki, modelin tətbiqi şagirdlərin oksidləşmə-reduksiya reaksiyalarının mahiyyətini dərk etmə səviyyəsini artırır, müstəqil qərarvermə və məntiqi düşünmə bacarıqlarını inkişaf etdirir. Seminarda kafedranın professor-müəllim heyəti və kafedranın magistranları iştirak etmişdir.