Kimyanın tədrisi metodikasında elmi seminar keçirildi
05.03.2025-ci il tarixində Bakı Dövlət Universitetinin Kimya fakultəsinin Kimyanın tədrisi metodikası kafedrasının müəllimi, Dürüskari Gülnarə Şamil qızının “Molekulyar təsvirlərin müasir tipoqrafik üsulu-SMİLES” mövzusunda elmi seminarı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan dekan müavini Farid Nağıyev iştirakçıları salamlamış, kafedralarda görülən işlər və elmi seminarların əhəmiyyəti haqqında ətraflı məlumat vermişdir. Elmi seminarda Dürüskari Gülnarə dövrümuz üçün mürəkkəb molekulların müasir təsvir üsulu olan SMİLES, onun yaranma tarixi, qrammatik qaydaları və əhəmiyyəti haqqında ətraflı məlumat vermişdir. Verilən məlumatlar dinləyici heyətin, xüsusilə tələbələrin dərin marağına səbəb olmuş və bu məlumatların onların gələcək karyera yolunda əhəmiyyəti vurğulanmışdır. Seminar iştirakçılarının qarşılıqlı müzakirəsindən sonra sualların cavablandırılması ilə tədbir yekunlaşmışdır.