KİMYA FAKÜLTƏSİNDƏ NÖVBƏTİ ONLAYN SEMİNAR KEÇİRİLİB
29.05.2021-ci il Bakı Dövlət Universiteti Kimya fakültəsi Kimyanın Tədrisi Metodikası kafedrası, Tələbə Elmi Cəmiyyətin təşəbbüsü ilə "IV yarımqrup elementlərinin interaktiv tədrisi" mövzusunda elmi seminar keçirib. Seminar Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin sədri İsa İsayevin moderatorluğu ilə baş tutub. Seminarda Kimyanın Tədrisi Metodikası kafedrası müəllimi dosent Kamil Haqverdiyev "IV yarımqrup elementlərinin interaktiv tədrisi" mövzusunda çıxış edərək tələbələrlə diskussiya edib. Seminarda Zenfira Hüseynova, Sevda Həsənova, Fərəh Kərimli, Əli Qədirli, Əziz Nuriyev, Almaz Həmzəyeva, Sevinc Həsənova, Şirinxanım Beydiyeva müzakirədə aktiv iştirak etmişdir. Seminar tələbələrin çoxsaylı sualların cavablandırılması ilə yekunlaşıb.