"Kütlə spektroskopiyası metodu" mövzusunda elmi seminar
08.05.2023-cü il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Analitik kimya kafedrası "Kütlə spektroskopiyası metodu" mövzusunda elmi seminar keçirmişdir. Dekan müavini Taleh Qəhrəmanov, Bakı Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri İsa İsayev Tələbə Elmi Cəmiyyətinin elmi fəaliyyətdə tələbələrə rolundan bəhs etmiş, bu cəmiyyətin istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında, elmə bağlı olmalarını nümayiş etdirmələri baxımından mühüm rol oynamasını vurğulamışlar. Həmçinin fakültənin kafedra və elmi tədqiqat laboratoriyalarında tələbələrin elmə yönləndirilməsinə, bacarıqlarının artırılmasına və inkişafına, kimyanın sirlərinin dərindən yiyələnmələrinə TEC-in öz töhfəsini verdiyini də qeyd etmişdilər.
Daha sonra moderator məruzəçi kimi kimya SABAH qrupları 2-ci kurs tələbəsi Eltac Mustafayevi təqdim etmiş və o, kütlə spektroskopiyasının kimyada, geologiyada tətbiqi, yeni izotopların, maddələrin keyfiyyət identifikasiyasında istifadəsi imkanlarından auditoriyaya ətraflı məlumat vermişdir. Kütlə-spektroskopiyasının ən vacib aspektlərindən, bu metodun müxtəlif maddələrin tərkibinin öyrənmək imkanlarından bəhs edilmişdir. Sonda tədbir auditoriyanın suallarının cavablandırılması ilə yekunlaşmışdır.