"Laçın Bizimdir!" adlı tədbir keçirilib
1 Dekabr 2023 17:24
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin könüllülərinin təşəbbüsü ilə Laçın şəhərinin azad olunmasına həsr olunmuş "Laçın Bizimdir!" adlı tədbir keçirilib.
Tədbir Dövlət himninin səsləndirilməsi, Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov öz açılış nitqində bildirib ki, Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapıb – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qalıb və bununla da tarixi ədalət bərpa olunub. Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatandan sonra Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci ilin dekabrın 1-də təhvil verilib.
Fakültənin I kurs tələbəsi və II Qarabağ Müharibəsi Qazisi Namiq Əmenov öz xatirələrini tələbələrlə bölüşmüşdür.
Sonra fakültənin tələbələri tərəfindən Laçın şəhərinə həsr olunmuş mahnılar ifa olunub, “Laçın” rəqsi təqdim edilib. Tədbirin sonunda Laçın şəhərinə həsr olunmuş videoçarx nümayiş olunub.
Son XƏBƏRLƏR
08.07.2025 | 16:28
Səkinə xanım Mirzəliyevanın 65 illik yubileyidir
07.07.2025 | 10:22
Kimya fakültəsinin Elmi Şurasının növbəti iclası keçirildi
04.07.2025 | 11:09
Magistr dissertasiya işlərinin müdafiəsi
02.07.2025 | 12:30
Kimyanın tədrisi metodikası kafedrasında magistrantların dissertasiya işlərin müdafiəsi keçirildi
30.06.2025 | 14:27