"Let's talk about movies" adlı növbəti təlimi keçirilmişdir.
7 Noyabr 2023 09:46

Bakı Dövlət Universiteti (BDU) Kimya Fakültəsi nəzdində fəaliyyət göstərən "CEC" ingilis dili klubunun "Let's talk about movies" adlı növbəti təlimi keçirilmişdir. Klubun əsas məqsədi tələbələrin ingilis dilini səviyyələrini yüksəltməklə yanaşı onların dünyagörüşünün inkişafına dəstək olmaqdır. Təlim zamanı klub sədri Ulduz Qocayeva təlimdə bir sıra məşhur filmlər haqqında məlumat vermişdir. Təlim iştirakçıları ilə birlikdə filmlər və onların janrları haqqında qarşılıqlı müzakirələr aparılmışdır. Slaydlarda "La la land", "Fight club", "Harry Potter", "Conjuring", "Matrix", "Green mile", "The Grand Budapest hotel" və s. kimi filmlər haqqında maraqlı məqamlar qeyd olunmuşdur. Klubun fəaliyyəti nəticəsində tələbələr maraqlı faktlar əldə etməklə yanaşı, ingilis dilində danışıq qabiliyyətlərini inkişaf etdirmişdir. Sonda təlim iştirakçıları ilə birlikdə xatirə fotosu çəkilmişdir.
Son XƏBƏRLƏR
30.06.2026 | 21:11
Kimya fakültəsində bakalavriatura səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsinə başlanılmışdır
30.06.2026 | 20:54
İkili diplom proqramı çərçivəsində magistrantın dissertasiya müdafiəsi olub
24.06.2026 | 21:45
BDU QİDA KİMYASI ÜZRƏ MÜTƏXƏSSİS HAZIRLIĞINA BAŞLAYIR
03.06.2026 | 15:16
Kimya fakültəsinin tələbələri Xankəndi və Şuşa şəhərlərinə təşkil olunan ekskursiyada fəal iştirak ediblər
25.05.2026 | 11:29