Magistrantımız Beynəlxalq Konfransada
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin magistratura pilləsinin birinci kursunda təhsil alan Samirə İsmayılova Erasmus KA+07 mübadilə proqramı çərçivəsində Türkiyənin Sivas Cümhuriyyət Universitetində üzvi kimya sahəsində öz təhsilini davam etdirir. Magistrant layihə çərçivəsində Bakı Dövlət Universitetinin "Sənaye kimyası" Tədqiqat Laboratoriyasında apardığı elmi işinin bir hissəsini Cümhuriyyət Universitetinin Kanser Çalışmaları Uyğulama və Araşdırma Mərkəzində (KANAM) yerinə yetirir. 23 və 24 iyun 2022-ci il tarixlərində Sivas Cümhuriyyət Universitetində "Fiziki Kimya və Funksional Materiallar" üzrə 5-ci Beynəlxalq Konfrans keçiriləcəkdir. Samirə İsmayılovanın gənc tədqiqatçı kimi aktivliyini nəzərə alaraq, konfrans təşkilatçıları tərəfindən məsul katiblər siyahısına daxil edilib.