Magistrantımız Kimyanın tədrisi metodikası kafedrasının elmi seminarında çıxış etmişdir
-(1)-lg.jpg)
Kimyanın tədrisi metodikası kafedrasında elmi seminar keçirilmişdir. Seminarda kafedranın II kurs magistrantı Fədayə Cavadova “Halogenlər mövzusunda kimya dərsində interaktiv tədris üsulları və şagirdlərin motivasiyasını yüksəldən yeni yanaşmalar” mövzusunda məruzə etmişdir. Məruzədə halogenlər mövzusunda kimya dərslərində interaktiv tədris metodlarının tətbiqi və şagirdlərin motivasiyasını artıran innovativ yanaşmaların əhəmiyyətinə dair araşdırmalar öz əksini tapmışdır. Halogenlər kimi mürəkkəb və geniş tətbiq sahələri olan bir mövzunun tədrisində ənənəvi üsulların yerinə müasir və şagird mərkəzli yanaşmaların tətbiqi tövsiyə olunur. Məruzədə magistrant tərəfindən problem əsaslı öyrənmə (PBL), simulyasiyalar və virtual laboratoriyalar, interaktiv qrafiklər və vizual təqdimatlar, kooperativ tədris, flipped classroom (tərsinə tədris) yanaşmaları və digər innovativ metodların şagirdlərə mövzuya maraq yaratmaq və onların öyrənmə prosesinə aktiv şəkildə qatılmalarını təmin etmək üçün necə tətbiq edilə biləcəyi göstərilmişdir. Seminarda kafedranın professor-müəllim heyəti və magistranları iştirak etmişdir.