Magistrantımız Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinə yola salındı

Bakı Dövlət Universitetində (BDU) keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də beynəlxalq rəqabətliliyinin artırılması üçün dünyanın bir sıra qabaqcıl universitetləri ilə ikili diplom proqramlarının həyata keçirilməsi istiqamətində davamlı işlər görülür. Artıq həyata keçirilən belə layihələrdən biri də BDU və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti (QMTTU) arasında “Neft kimyası” ixtisaslaşması üzrə magistratura səviyyəsində birgə ikili diplom proqramıdır. 2026/2027-ci tədris ilinin payız semestrində Qazax Milli Tədqiqat Texniki Universitetində Kimya fakültəsi, Neft kimyası və kimya texnologiyası kafedrasının "Neft kimyası" ixtisaslaşması üzrə magistrantı Farid Quliyev, Bakı Dövlət Universitetində isə Satbayev universitetinin magistrantı Erkebulan Pulatov təhsillərini, eləcə də dissertasiya mövzuları üzrə elmi araşdırmalarını davam etdirəcəklər. Bu məqsədlə bu gün Farid Quliyev Qazaxıstana yola düşəcəkdir.