Magistrantlarımız üçün pedaqoji təcrübə təşkil olunacaq
Kimya fakültəsinin Azərbaycan, rus və ingilis bölmələri üzrə II kurs magistrantları 2024-2025-ci tədris ili üçün təsdiq olunmuş tədris planına əsasən mart ayının 17-dən aprel ayının 18-nə kimi pedaqoji təcrübələri təşkil olunacaq. Magistrantlar bu dövr ərzində Bakı Dövlət Universitetinin Kimya fakültəsində aparılan dərslərdə iştirak edib, ali məktəbdə tədris prosesinin xüsusiyyətlərinə yiyələnəcək, professional müəllim bacarıqlarını öyrənəcəklər. Pedaqoji təcrübənin sonunda hər bir təcrübəçi-magistrant açıq dərslər təqdim edəcək, bu da gələcək kimyaçıların ali məktəb müəllimi kimi formalaşmasında və elmlə təhsilin inteqrasiyası istiqamətində çox önəmli addımdır.