Məzun Günü keçirilib
İyunun 25-də Milli Gimnastika Arenasında Bakı Dövlət Universitetinin (BDU) Məzun Günü keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi anılıb. Sonra BDU haqqında videoçarx nümayiş olunub. Tədbiri açıq elan edən BDU-nun rektoru Elçin Babayev məzunları təbrik edib, onlara uğurlar arzulayıb. 2024/2025-ci tədris ilində Bakı Dövlət Universitetini Kimya fakültəsi üzrə ali təhsillərini uğurla başa vurmuş 250-dən çox tələbəmiz Universitetdən məzun olur. Tədbirdə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) yüksək olan və xüsusi fəallığı ilə seçilən 34 məzular içərisində fakültəmizin magistr məzunu Məmmədova Xanımbacı da təmsil olunub. (ÜOMG 99,47 bal )
Tədbir konsert proqramı ilə davam edib.