“MovieLab” – Animasiya Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib
28 Oktyabr 2025 10:37

Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “MovieLab” – Animasiya Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib. Tədbirdə “Breaking Bad”, “The Martian”, “Iron Man”, “Flubber” və “Bizim Cəbiş müəllim” filmlərindən kimya elmini əks etdirən səhnələr nümayiş olunub. Seçilmiş kadrlar əsasında kimyəvi proseslər tələbələrə vizual və interaktiv formada izah edilib, kimyanın gündəlik həyatdakı və texnologiyadakı mühüm rolu barədə məlumat verilib. “Breaking Bad” filmində reaksiya proseslərinin təhlükəsizliyi, “The Martian” filmində elmi biliklərin həyatda qalmaq üçün tətbiqi, “Iron Man” filmində texnologiya və innovasiyanın kimya ilə əlaqəsi, “Flubber” filmində eksperimentlərin yaradıcılıqla birləşməsi, “Bizim Cəbiş müəllim” filmində isə sabunun alınması səhnəsi nümayiş etdirilərək saponifikasiya prosesi haqqında izahlar təqdim olunub. Tədbir zamanı tələbələr arasında aktiv müzakirələr və sual-cavab sessiyaları keçirilib, kimyəvi reaksiyaların həyatdakı tətbiqləri barədə maraqlı fikir mübadiləsi aparılıb. Kimya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Əfsanə Yusifova çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu kimi layihələr gənclərdə elmə marağı artırmaqla yanaşı, onların yaradıcılıq və analitik düşünmə bacarıqlarının inkişafına da mühüm töhfə verir. Ə.Yusifova qeyd edib ki, kimyanın incəsənət və kino ilə əlaqələndirilməsi tələbələrə elmin fərqli tərəflərini kəşf etmək imkanı yaradır və öyrənmə prosesini daha maraqlı və yadda qalan edir. Tədbirin əsas məqsədi gənclər arasında kimya elminə marağı artırmaq, elmin incəsənətlə əlaqəsini nümayiş etdirmək və yaradıcılığın elmi biliklərlə birləşməsinin əhəmiyyətini vurğulamaq olub.
Son XƏBƏRLƏR
03.12.2025 | 11:57
“Nə? Harada? Nə zaman?” formatında intellektual yarış təşkil edilib
01.12.2025 | 11:40
Magistrantımız Kimyanın tədrisi metodikası kafedrasının elmi seminarında çıxış etmişdir
28.11.2025 | 11:18
Fiziki və kolloid kimya kafedrasında elmi seminar keçirildi
26.11.2025 | 16:14