“Müəllim: Gələcəyin Memarı” adlı tədbir keçirilib
3 Oktyabr 2025 11:54

Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Kimya fakültəsində 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Müəllim: Gələcəyin Memarı” adlı tədbir keçirilib. Tədbirin açılış nitqini fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov edərək bütün müəllimləri əlamətdar gün münasibətilə təbrik edib, onların gələcək nəsillərin formalaşmasında və peşəkar kadrların hazırlanmasında oynadığı əvəzsiz rolu xüsusi vurğulayıb. Daha sonra Kimya fakültəsinin Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının dosenti Elgün Abdullayeva çıxış edərək müəllimlik peşəsinin müqəddəs və məsuliyyətli bir missiya olduğunu qeyd edib, bilikli və vətənpərvər gənclərin yetişdirilməsində müəllimlərin xidmətlərinin əhəmiyyətini önə çəkib. O, bütün müəllimlərə zəhmət və fədakarlıqlarına görə dərin minnətdarlığını ifadə edib. Ardınca fakültənin III kurs tələbəsi Nəzrin Ağazadə müəllimlərə həsr etdiyi şeiri səsləndirərək tədbirə xüsusi rəng qatıb. Tədbirdə, həmçinin, Kimya fakültəsi Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Əfsanə Yusifova çıxış edərək bütün müəllimləri ürəkdən təbrik edib, onlara cansağlığı, pedaqoji fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayıb. Tədbir ümummilli lider, Ulu öndər Heydər Əliyevin müəllimlik peşəsinə verdiyi yüksək dəyəri ifadə edən hikmətli sözləri ilə yekunlaşıb.
Son XƏBƏRLƏR
30.06.2026 | 21:11
Kimya fakültəsində bakalavriatura səviyyəsi üzrə buraxılış işlərinin müdafiəsinə başlanılmışdır
30.06.2026 | 20:54
İkili diplom proqramı çərçivəsində magistrantın dissertasiya müdafiəsi olub
24.06.2026 | 21:45
BDU QİDA KİMYASI ÜZRƏ MÜTƏXƏSSİS HAZIRLIĞINA BAŞLAYIR
03.06.2026 | 15:16
Kimya fakültəsinin tələbələri Xankəndi və Şuşa şəhərlərinə təşkil olunan ekskursiyada fəal iştirak ediblər
25.05.2026 | 11:29