Fakültədə növbəti elmi seminar keçirilib
21 aprel 2022-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakultəsi "Üzvi kimya" kafedrasında professor Namiq Şıxaliyevin "Üzvi sintezin əsas prinsipləri" mövzusunda elmi seminarı keçirilmişdir.
Məruzəçi ilk olaraq üzvi kimyada mərhələli sintezləri həyata keçirmək üçün lazım olan bilik və bacarıqların tələbələrdə kifayət qədər formalaşmadığını bildirmiş, buna səbəb seminar dərslərində bu tip sintezlərin əlverişli yollarla həyata keçirilməsini tam olaraq tələbələrə aşılanmamasını göstərmişdir. Məhz buna görə də məruzəçi tərəfindən mərhələli sintezləri həyata keçirtmək üçün lazım olan əsas reaksiya və üsulların təsnifatını tərtib etmiş və şərti olaraq onları 10 hissəyə ayırmışdır. Məruzəçi bu seminarda on bölmədən altısı haqqında ətraflı məlumat vermiş və bu zaman istfiadə edilən 40 reaksiyanın xüsusiyyətlərini və onlar əsasında sintezlərdə istifadə qaydalarının izahını vermişdir. Məruzəçi hər bölmə üzrə konkret misallar üzərində göstərilən üsul və reaksiyaların tətbiqini göstərmiş və sintezi çətin hesab edilən reaksiyaların əslində çox sadə mərhələlərdən ibarət olduğunu bir daha göstərmişdir.
Məruzəci iştirakçıların suallarına ətraflı cavab vermişdir.