“Narkotiklərə yox” mövzusunda infosessiya keçirildi
29 Aprel 2026 10:59

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin K087R qrup tələbələri tərəfindən “Narkotiklərə yox” mövzusunda infosessiya keçirilmişdir. Tədbirin əsas məqsədi tələbələri narkotik maddələrin zərərləri barədə məlumatlandırmaq və sağlam həyat tərzini təşviq etmək olmuşdur. İnfosessiya zamanı çıxış edənlər narkotiklərin insan sağlamlığına, psixoloji vəziyyətinə və sosial həyatına mənfi təsirlərindən bəhs etmiş, bu təhlükəli vərdişdən uzaq durmağın vacibliyini vurğulamışlar. Eyni zamanda, gənclərin düzgün seçim etməsinin onların gələcəyi üçün nə qədər önəmli olduğu qeyd olunmuşdur. Tədbir çərçivəsində tələbələr narkotiklərlə bağlı maarifləndirici videoçarx izləyiblər. Video izlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılmışdır. Dekan müavini Taleh Qəhrəmanov bu kimi maarifləndirici tədbirlərin gənclərin həyatda düzgün seçim etməsinə, sağlam vərdişlərə yiyələnmnəsinə müsbət təsir edəcəyini, narkomanlığın zərərli təsirləri və onların qarşısının alınması üçün ictimaiyyətin, aidiyyəti dövlət qurumlarının qarşısında duran vəzifələri, cəmiyyətdəki nüfuzlu şəxslərin və ziyalıların bu prosesə cəlb edilməsinin xüsusi əhəmiyyətini vurğulanmışdır.
Son XƏBƏRLƏR
08.05.2026 | 10:24
“Rəqəmsal addım” adlı tədbir təşkil olunub
07.05.2026 | 15:06
Pedaqoji təcrübə davam edir
07.05.2026 | 15:00
Əməkdaşımız beynəlxalq tədbirdə iştirak etdi
07.05.2026 | 10:28