“Nə? Harada? Nə zaman?” formatında intellektual oyun keçirildi
Bakı Dövlət Universiteti (BDU) Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 102-ci il dönümünə həsr edilmiş “Nə? Harada? Nə zaman?” formatında intellektual oyun keçirilmişdir. Oyun 3 raund, ümumilikdə 30 sualdan ibarət təşkil edilmişdir. Bu oyun, yalnız bilik yarışması deyil – məntiq, diqqət və çevikliyin mübarizəsidir.Həmçinin bu yarış tələbələr arasında biliklərin artırılması, intellektual düşüncənin inkişafı və komanda ruhunun formalaşmasına töhfə vermək məqsədi daşıyır. Turnir Ulu Öndər Heydər Əliyevin gənclərə verdiyi böyük önəmi bir daha xatırlatmaq baxımından xüsusi əhəmiyyət kəsb edir.Yarışda Kimya fakültəsinin müxtəlif qruplarından formalaşmış 7 komanda iştirak edib. Komandalar arasında sağlam rəqabət və yüksək bilik səviyyəsi müşahidə olunub.Gərgin və maraqlı keçən mübarizənin nəticələrinə əsasən I yerə "Alpha team", II yerə "Yuli Sezar", III yerə "Zenit" komandası laiq görülüb. Turnirin sonunda qalib komanda üzvləri mükafatlandırılıb.