“Nə? Harada? Nə zaman?” formatında intellektual oyun keçirildi
14 May 2026 15:08

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” formatında intellektual oyun keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. İntellektual oyun Ofelya Musazadənin moderatorluğu ilə təşkil olunmuşdur. Yarış üç raund və ümumilikdə 30 sualdan ibarət olmuşdur. Turnirdə 5 komanda iştirak etmişdir. Oyunun birinci turunda iştirakçılara ümumi dünyagörüşünün inkişaf etdirilməsinə yönəlmiş müxtəlif mövzularda suallar təqdim olunmuşdur. Tələbələr təbiət elmləri, tarix, coğrafiya, mədəniyyət və gündəlik məntiqi düşünmə bacarıqlarını əhatə edən sualları cavablandıraraq bilik və intellektual hazırlıqlarını nümayiş etdirmişlər. İkinci və üçüncü turlarda isə iştirakçılar dünya və Azərbaycan memarlığı, şəhərsalma tarixi və urbanizasiya ilə bağlı suallarla qarşılaşmışlar. Bu mərhələlərdə həm tarixi şəhərsalma nümunələri, qədim və müasir memarlıq abidələri, həm də dünya və Azərbaycan şəhərlərinin memarlıq xüsusiyyətləri ilə bağlı maraqlı və düşündürücü suallar səsləndirilmişdir. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda KMH002i qrupunun tələbələrindən ibarət “Quantum” komandası I yerə layiq görülmüşdür. Komandanın üzvləri Ələsgərova Mələkə, Məmmədov Loğman, Məmmədova Nərmin, Mikayılov Ayaz və Muxtarov Nurlan təltif olunmuş, xatirə şəkilləri çəkdirilmişdir.
Son XƏBƏRLƏR
15.05.2026 | 16:08
Kimya fakültəsinin tyutoru Kərimova Ellada xanımın kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işinin müdafiəsi keçirildi
15.05.2026 | 15:32
Əməkdaşımızı təbrik edirik!
15.05.2026 | 15:27
Pedaqoji təcrübə davam edir
13.05.2026 | 15:00