"Nə? Harada? Nə zaman?" İntelektual oyunu keçirildi
18 mart 2022-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətin təşkilatçılığı ilə "Şuşa ili"nə həsr olunmuş "Nə? Harada? Nə zaman?" İntelektual oyunu keçirildi. Yarışı layihə rəhbəri İsa İsayev açıq elan etdi. O, komandaları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, hər bir komandaya uğurlar arzuladı. Oyuna sual müəllifi Emin Qulusoy aparıcılıq etdi. Yarışda 3 tur, 36 sualdan ibarət paket oynanıldı. Yarışın nəticəsi olaraq Old But Gold komandası I yerə, Marvel komandası II yerə, Radioaktiv komandası III yerə layiq görüldü. Yarışın qalibləri kubok və sertifikatlarla mükafatlandırıldı. İntelektual yarışın keçirilməsində göstərdiyi fəaliyyətə görə Emin Qulusoya, Hüseyn Quluzadəyə, Əziz Nuriyevə, Sevinc Həsənovaya, Arzu Süleymanovaya və idarə heyətinə təşəkkür edirik.