Neft kimyası və kimya texnologiyası kafedrasında 27 mart “Elm Günü” həsr olunmuş elmi seminar keşirildi

Azərbaycanda hər il 27 mart tarixi “Elm Günü” kimi qeyd olunur. Prezident İlham Əliyevin 9 aprel 2018-ci il tarixli sərəncamı ilə təsis edilən bu gün, ölkədə elmin inkişafı, alimlərin əməyinin qiymətləndirilməsi və cəmiyyətin tərəqqisində elmin rolunun vurğulanması məqsədi daşıyır. Elm günü ilə əlaqədar akademik Yusif Məmmədəliyev adına auditoriyada Bakı Dövlət Üniversitetinin Kimya fakultəsinin Neft kimyası və kimya texnologiyası kafedrasının II kurs doktorantı Gülbən Məmmədovanın “Yaşıl yanacaq və yanacaq komponentləri” mövzusunda elmi seminarı keçirilmişdir. Tədbiri giriş sözü ilə açıq elan edən kafedra müdiri İbrahim Məmmədov iştirakçıları salamlamlamış, ölkəmizdə “Elm günü” və təqdim ediləcək mövzunun əhəmiyyəti barədə məlumat vermişdir. Sonra Gülbən Məmmədova çıxışında ölkəmizin enerji potensialı haqqında tələbələri məlumatlandırmış, eyni zamanda müxtəlif yağlar əsasında bioyanacağın alınması, tətbiqi istiqamətləri, təbii materiallardan oksigenat aşqar alınması, əldə edilən aşarın B10 yanacağına əlavəsi, DES iştirakında biodizel sintezi ilə əlaqədar görülən işlərdən bəhs etmişdir. Tədbir qarşılıqlı müzakirədən sonra sualların cavablandırılması ilə yekunlaşdırılmışdır.