Fakültədə elmi seminar keçirildi
18 dekabr 2023-cü il tarixində Kimya fakültəsində "Neft kimyası və kimya texnologiyası" kafedrasının “Neft kimyası” ixtisası üzrə sabiq doktorantı Fərzəliyeva Aynur Ehtibar qızının "Krezol əsasında funksionaləvəzli birləşmələrin sintezi və tədqiqi" mövzusunda elmi seminarı keçirilmişdir.
Seminarda Aynur Frzəliyeva tərəfindən qeyd olunmuşdur ki, fenol birıləşmələri təbiətdə çox geniş yayılmışdır. Fenoldan antiseptik kimi hələ XIX əsrdən istifadə edilməyə başlanılmışdır. Bu tip maddələr çox mühim xüsusiyyətlərə malik olduğundan, göstərilən istiqamətdə tədqiqatlar müasir üzvi və neft kimyəvi sintezdə aktuallığını qoruyub saxlayır. Fenolun analoqları hesab edilən krezollar, onların törəmələri tarixən, eləcə də bu gün də təcrübi əhəmiyyətə malikdir. Seminarda krezolların tiosemikarbazon, indol, pirazol və s. kimi törmələrinin tibbdə, eləcə də sənaye miqyasında əhəmiyyəti vurğulanmışdır. Belə ki, fenol birləşmələri yağlara-yanacaqlara, polimer materiallara antioksidant əlavə, plastifikator, azot-, kükürd-, oksigen saxlayan törəmələri bir sıra dərman maddələrinin alınmasında, digər sanəye proseslərində geniş tətbiq olunur.
Aunur Fərzəliyeva həmçinin özü tərəfindən aparılan elmi tədqiqat işləri haqqında məlumat vermiş, birləşmələrin müxtəlif sınaqlarda yüksək nəticələr verdiyini qeyd etmişdir.
Sonda tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılmış, mövzu ətrafında maraqlı müzakirələr həyata keçirilmişdir.