Neft kimyası və kimya texnologiyası kafedrasında elmi seminarı keçirildi
Bakı Dövlət Üniversitetinin Kimya fakultəsi Neft kimyası və kimya texnologiyası kafedrasında II kurs magistrant Fidan Qəhrəmanovanın “New DESs solvent-catalyst in multicomponent reactions” (Çoxkomponentli reaksiyalarda DEH həlledici və katalizator kimi) mövzusunda elmi seminarı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açıq elan edən kafedra müdiri, həm də magistrantın elmi rəhbəri İbrahim Məmmədov iştirakçıları salamlamış, kafedrada aparılan elmi işlər, qarşıda duran məsələlər haqqında ətraflı məlumat vermişdir. O, bildirmişdir ki, hər həftənin beşinci günü seminarlar təşkil olunaraq kafedrada ixtisaslaşan tələbələrin, magistrantların və doktorantların çıxışları dinləniləcəkdir. Eləcə də İ.Məmmədov bu işdə universitet və fakültə rəhbərliyinin gənclərə dəstək olacağını bildirmişdir.
Daha sonra Fidan Qəhrəmanova çıxış edərək dərin evtektik həlledicilərin (DEH) müasir elmdə rolu rolu, tətbiq imkanları və üstünlükləri, eləcə də çoxkomponentli reaksiyalarda DEH-in həm həlledici, həm də katalizator kimi istifadəsi ilə əlaqədar gördüyü işlərdən bəhs etmişdir.
Seminar iştirakçıların qarşılıqlı müzakirəsindən sonra sualların cavablandırılması ilə tədbir yekunlaşdırılmışdır.