Nigar Qədirovanın təqdimatında elmi seminar keçirilmişdir
-lg.jpg)
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Fiziki və kolloid kimya kafedrasının I kurs magistrantı Qədirova Nigar Habil qızının “Zol-gel sintez metodu ilə tandem reaksiyalar üçün ZrO2 əsaslı katalizatorların sintezi” mövzusunda elmi seminarı keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kafedra müdiri, prof.Eldar Əhmədov iştirakçıları salamlamış,elmi seminarların əhəmiyyəti haqqında ətraflı məlumat vermişdir. Elmi seminarda Qədirova Nigar bu işdə zol-gel üsulu ilə yüksək səth sahəsinə və tənzimlənə bilən turşu-qələvi xüsusiyyətlərə malik ZrO₂ əsaslı katalizatorların sintezi və onların tandem reaksiyalarda tətbiqi tədqiq edilmişdir. Sintez zamanı zirkonium prekursorlarının hidrolizi və kondensasiyası nəzarətli şəraitdə aparılaraq homogen quruluşlu gel əldə olunmuş, sonradan qurudulma və kalçinasiya mərhələləri ilə məsaməli oksid materialı formalaşdırılmışdır. Katalizatorların struktur və səthi xüsusiyyətləri BET, XRD və SEM üsulları ilə xarakterizə edilmiş, onların yüksək dispersiyaya və inkişaf etmiş məsamə quruluşuna malik olduğu müəyyən edilmişdir. Alınmış ZrO₂ əsaslı katalizatorların turşu və qələvi aktiv mərkəzlərinin mövcudluğu tandem reaksiyaların ardıcıl mərhələlərinin eyni katalitik sistem üzərində effektiv həyata keçirilməsinə imkan vermişdir. Xüsusilə, çoxmərhələli çevrilmələrdə yüksək çevrilmə dərəcəsi və seçicilik müşahidə olunmuşdur. Nəticələr göstərir ki, zol-gel metodu ilə sintez edilmiş ZrO₂ katalizatorları struktur və funksional xüsusiyyətlərinə görə perspektivli olub, yaşıl kimya prinsiplərinə uyğun olaraq enerji və resurs baxımından səmərəli katalitik sistemlərin yaradılmasında mühüm əhəmiyyət kəsb edir. Seminar iştirakçılarının qarşılıqlı müzakirəsindən sonra sualların cavablandırılması ilə tədbir yekunlaşmışdır.