NİZAMİ GƏNCƏVİ İLİ ÇƏRÇİVƏSİNDƏ KEÇİRİLMİŞ ONLAYN GÖRÜŞ
19 aprel 2021-ci il tarixində Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının aktiv üzvü İsmayılova Cahanın təşəbbüsü ilə Nizami Gəncəvi ilinə həsr olunmuş "Nizami Gəncəvi Xəmsəsi" adlı onlayn tədbir keçirilmişdir. Tədbiri Kimya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Əli Qədirli açıq elan etmişdir. O, tədbirin iştirakçılarına öz təşəkkürünü bildirmiş və tədbiri aparmaq üçün sözü Kimya fakültəsinin 1-ci kurs tələbəsi İsmayılova Cahana vermişdir.
Tədbirdə Kimya fakültəsinin 1-ci kurs tələbələri- İlyasova Nigar, Fərəcova Əzizə, Əliyeva Nuray, Xəlilova Gülxar, Məlikova Aysun, Məmmədova Ariza, Babayeva Nərmin, Vəliyeva Aysel, Quliyeva Pərvanə, Mahmudova Türkan, Məmmədova Zəkiyyə, Nəzirova Nəzrin və Ismayılova Cahanın Nizami Gəncəvi haqqında çıxışları və şeirləri dinlənilmiş və Məmmədova Zəkiyyənin hazırladıqları videoçarxlar nümayiş etdirilmişdir. Tədbirin qonaqları olan uşaq hekayələri yazarı Çinarə Köçərli, "Məktəb guşəsi" jurnalının və saytının baş redaktoru Məzahir Məmmədli və Bakı Dövlət Universiteti Filologiya fakültəsinin müəllimi Ramil Bayramov mövzu haqqında öz təəssüratlarını bölüşmüşdür.