Üzvi kimya kafedrasında növbəti Elmi seminar keçirildi
Bakı Dövlət Universiteti Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşəbbüsü ilə Üzvi kimya kafedrasında "Boyaq maddələrin sintezi və tətbiqi" mövzusunda elmi seminar keçirmişdir. Kimya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov və fakültə Tələbə Elmi Cəmiyyətinin sədr müavini Zenfira Hüseynzadə elmi seminarların keçirilməsinin istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılmasında və onların elmi potensiallarının nümayiş etdirmələri baxımından mühüm rol oynamasını vurğulamış, həmçinin fakültənin kafedra və elmi tədqiqat laboratoriyalarında tələbələrin elmi-tədqiqat işlərinə cəlb edilmələrinə, bacarıqlarının artırılmasına və inkişafına, kimyanın sirlərinin dərindən yiyələnmələrinə TEC-in öz töhfəsini verdiyini də qeyd etmişdilər. Kimya fakültəsinin 3-cü kurs tələbəsi Zərifə Teymurova "Boyaq maddələrin sintezi və tətbiqi" mövzusunda çıxış etmişdir. Tədbirdə təbii boyaq maddələri, onların təsnifatı və azo boyaqlarının tədbiq sahələri haqqında, həmçinin murex, marena, çivit ağacından təbii boyaq maddələrin alınmasında istifadə olunması və tədbiq sahələrindən danışılmışdır. Sonra üzvi kimya kafedrasının professoru Namiq Şıxaliyev üzvi kimya kafedrasında aparılan elmi tədqiqat işləri haqda ətraflı məlumat verdi. Elmi seminar auditoriyanı maraqlandıran suallarının cavablandırılması ilə yekunlaşmışdır.