Növbəti elmi seminar keçirilib
25 noyabr 2022-ci il tarixində Bakı Dövlət Üniversitetinin Kimya fakultəsi “Neft kimyası və kimya texnologiyası” kafedrasının II kurs magistrantı Gülər Məmmədzadənin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşəbbüsü ilə “Qliserin həlledici və reagent kimi” mövzusunda elmi seminarı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açıq elan edən fakültə dekanı Fuad Kərimli iştirakçıları salamlamış, TEC-in gördüyü işlər və müsbət addımları haqqında məlumat vermişdir. Eləcə də fakültə dekanı gələcəkdə belə tədbirlərin keçirilməsinə gəncləri səsləmiş və dəstək olacağını bildirmişdir.
Gülər Məmmədzadə çıxışında ölkəmizin enerji potensialı haqqında tələbələri maarifləndirmiş, eyni zamanda biodizelin yan məhsulu olan qliserinin tətbiqi istiqamətləri ilə əlaqədar görülən işlərdən bəhs etmişdir.
Daha sonra “Neft kimyası və Kimya texnologiyası” kafedrasının müdiri İbrahim Məmmədov mövzu barədə əlavələrini qeyd etmiş, tədbirin təşkilatçıları elmi işlər üzrə dekan müavini Farid Nağıyevə, eləcə də TEC sədr müavini Zenfira Hüseynzadəyə minnətdarlığını bildirmişdir. Tələbələrlə qarşılıqlı müzakirədən sonra seminar sualların cavablandırılması ilə yekunlaşdırılmışdır.