Nübar Əliyevanın təqdimatında elmi seminar keçirildi
-lg.jpg)
Analitik kimya kafedrasının magistrantı Nübar Əliyeva tərəfindən 27 mart Elm Gününə həsr olunmuş "Fotometrik üsulla mis(II) ionlarının 4-hidroksi-3-nitrofenil-(2,3,4-trihidroksifeni l)diazen əsasında müəyyən edilməsi" mövzusunda elmi seminar keçirilmişdir. Seminar zamanı məruzəçi qeyd etmişdir ki, bu işdə mis(II) ionlarının pirogallol əsasında sintez edilmiş 4-hidroksi-3-nitrofenil-(2,3,4-trihidroksifeni l)diazen (R) reagenti ilə kompleks əmələ gətirməsi öyrənilmişdir. Müəyyən edilmişdir ki, Cu–R kompleksi pH = 5 optimal qiymətində λ = 540 nm-də maksimal udma nümayiş etdirir. Molyar udma əmsalı ε = 6250 l·mol⁻¹·sm⁻¹ hesablanmış, Buger–Lambert–Beer qanununa tabe olma 0,51–3,56 mkq/ml intervalında müəyyən edilmişdir. Temperaturun və vaxtın kompleksin sabitliyinə təsiri öyrənilmiş, optik sıxlığın iki gün ərzində dəyişməz qaldığı müəyyən edilmişdir. Üçüncü komponent kimi antipirinin daxil edilməsi ilə optik sıxlığın artdığı, batoxrom sürüşmə müşahidə olunduğu və optimal pH-ın turş mühitə doğru sürüşdüyü aşkar edilmişdir. Stark–Barbannel üsulu ilə komplekslərin komponent nisbətləri müəyyən edilmişdir: ikili Cu:R = 1:2, üçlü Cu:R:Ant = 1:2:1. Üçlü kompleksin molyar udma əmsalı ε = 10000 l·mol⁻¹·sm⁻¹-ə qədər artmış, Buger–Lambert–Beer qanununa tabe olma 0,279–3,05 mkq/ml diapazonunda müşahidə edilmişdir. Kənar ionların kompleks əmələ gəlməyə təsiri də tədqiq edilmişdir. Qarşılıqlı müzakirədən sonra, elmi seminar sualların cavablandırılması ilə yekunlaşdırılmışdır.