“Orta məktəb kimya dərslərində yaşıl kimya prinsiplərinin tətbiqi” mövzusunda elmi seminar keçirildi

Bakı Dövlət Universitetinin Kimya fakültəsində “Orta məktəb kimya dərslərində yaşıl kimya prinsiplərinin tətbiqi” mövzusunda elmi seminar keçirilmişdir. Seminar Kimya fakültəsinin Tələbə Elmi Cəmiyyəti və Kimyanın tədrisi metodikası kafedrasının birgə təşkilatçılığı ilə təşkil olunmuşdur. Seminarda Kimyanın tədrisi metodikası kafedrasının müəllimi Arzu Paşayevanın elmi rəhbərliyi altında 3-cü kurs tələbəsi və Tələbə Elmi Cəmiyyətinin aktiv üzvü Elyasova Jalə çıxış etmişdir. Məruzəçi kimya fənninin tədrisində ekoloji yanaşmanın, resursların səmərəli istifadəsinin və təhlükəsiz eksperimentlərin vacibliyini vurğulamış, yaşıl kimyanın əsas prinsiplərinin məktəb dərslərində tətbiq imkanları barədə ətraflı məlumat vermişdir. Tədbir maraqlı müzakirələrlə yekunlaşmış, iştirakçılar mövzuya dair öz fikir və təkliflərini bölüşmüşlər.