"Öyrənmə istəksizliyi, öyrənmənin sirləri və yaddaş texnikaları" adlı təlim keçirildi
16 Aprel 2024 10:15

Kimya fakültəsi Könüllülər təşkilatının təşəbbüsü ilə "Öyrənmə istəksizliyi, öyrənmənin sirləri və yaddaş texnikaları" adlı təlim keçirilmişdir. Təlim "Yaddaş Academy"nin rəhbəri, Yaddaş texnikaları üzrə peşəkar təlimçi Aytəkin Aslanın çıxışı ilə başlamışdır.
Peşəkar təlimçi Aytəkin Aslan təlimə "Məntiqi oyun" ilə başlayıb. Oyun müddətində tələbələrə müxtəlif məntiq testləri təqdim edilmiş, tələbələrin cavablarına əsasən isə zehni potensialları qiymətləndirilmişdir. Daha sonra isə "Beyin fəaliyyətlərinin işləmə mexanizmi", “Hormonların fəaliyyətlərə və yaddaşa təsiri", "Beyin yarımkürələrinin inkişafı və gündəlik həyatda rolu", “Yaddaş texnikaları" və "Yaddaşımızın inkişafı üçün Beyin xəritələrindən istifadə", “Öyrənmə istəksizliyini aradan qaldırmaq üçün metodlar" kimi mövzular ətrafında geniş müzakirələr aparılmışdır. Təlimin sonunda tələbələrlə birgə "İmtahan stresini necə azaltmaq olar?", "İmtahana necə əlverişli hazırlaşmaq olar?" kimi suallar ətrafında interaktiv müzakirə aparılmışdır. Təlim xatirə şəklinin çəkilməsi ilə yekunlaşmışdır.
Son XƏBƏRLƏR
05.10.2026 | 14:33
I kurs tələbələri ilə tanışlıq və məlumatlandırıcı görüş keçirilib
05.10.2026 | 11:42
5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
02.10.2026 | 17:38
“Cəbrayıl: Yaddaşdan Gələcəyə” adlı tədbir keçirildi
01.10.2026 | 13:41
Fiziki və kolloid kimya kafedrasında elmi seminar keçirildi
30.09.2026 | 16:20