"Pathways to success” adlı təlim keçirildi
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin nəzdində fəaliyyət göstərən "ChemXplorers" klubunun təşkilatçılığı ilə "Pathways to success” adlı təlim keçirilmişdir. Klubun sədri Nailə Tağıyeva klubun gələcək fəaliyyəti və məqsədləri, kimya elminin müxtəlif sahələri, bu sahələrdə iş imkanlarını tələbələrin diqqətinə çatdırdı. Tədbirdə xaricdə təhsil alan tələbələr üçün təqaüd şərtləri, təqaüd proqramları və uyğun mənbələr haqqında ətraflı məlumat verilmişdir. Klubun sədr müavini Aysun Əliyeva könüllülük fəaliyyətlərinin tələbələrin gələcək kariyeralarının formalaşmasına təsirindən danışmışdır. Təlimin sonunda iştirakçılarla xatirə şəkli çəkilmişdir.