Pedaqoji təcrübə davam edir
Bakı Dövlət Universiteti Kimya fakültəsi Kimyanın tədrisi metodikası kafedrasının tələbələrinin pedaqoji təcrübəsi davam edir. 2023-2024-cü tədris planına uyğun olaraq Kimya fakültəsinin “Kimya müəllimiyi” ixtisası üzrə IV kurs azərbaycan və rus bölmələrinin tələbələrin fevral ayının 19-dan metodist-müəllimlər Lalə Nəsibova, Esmira Rəsulova, Gülnar Mirbağırova, Nəzakət Məlikyeganova, Rəhman Fətullayev və Günel Məmmədovanın rəhbərlikləri ilə BDU-nun nəzdində Gənc İstedadlar liseyi, 20, 8, 135, 19, 176, 60 və 53 saylı məktəblərdə müvəffəqiyyətlə pedaqoji təcrübə keçirlər. Hər gün metodist-müəllimlər tərəfindən davamiyyəti yoxlanılan təcürbəçi tələbələr dərslərə böyük həvəslə yanaşır. Tədris prosesində İKT tətbiqetmə, kospekt tərtibetmə, dərsi planlama və düzgün təşkili bacarıqları ilə yanaşı təhsilalanlarla tərbiyə işinin aparılması, inkişafetdirici treninqlər və valideynlərlə işi yaxından öyrənirlər.