Pedaqoji təcrübə davam edir
2023-2024-cü tədris planına uyğun olaraq Kimya fakültəsinin Kimya müəllimiyi ixtisası üzrə IV kurs Azərbaycan və rus bölmələrinin tələbələrin fevral ayının 19-dan metodist-müəllimlər Lalə Nəsibova, Esmira Rəsulova, Gülnar Mirbağırova, Nəzakət Məlikyeganova, Rəhman Fətullayev və Günel Məmmədovanın rəhbərlikləri ilə BDU-nun nəzdində Gənc İstedadlar liseyi, 20, 8, 135, 19, 176, 60 və 53 saylı məktəblərdə müvəffəqiyyətlə pedaqoji təcrübə keçirlər. Hər gün metodist-müəllimlər tərəfindən davamiyyəti yoxlanılan təcürbəçi tələbələr dərslərə böyük həvəslə yanaşır. Tədris prosesində İKT tətbiqetmə, kospekt tərtibetmə, dərsi planlama və düzgün təşkili bacarıqları ilə yanaşı təhsilalanlarla tərbiyə işinin aparılması, inkişafetdirici treninqlər və valideynlərlə işi yaxından öyrənirlər. 29.04.24-30.04.24 tarixlərində təcrübəçilər BDU-nun nəzdində Gənc İstedadlar liseyi, 20, 8, 135, 19, 176, 60 və 53 saylı saylı orta məktəblərinin 7, 8, 9, 10, 11-ci siniflərində “Dien karbohidrogenlər”, 'Üzvi kimya nəyi öyrənir?”, “Dissosiasiya dərəcəsinə təsir edən amillər. Dissosiasiya sabiti”, “Benzol sırası karbohidrogenlərin kimyəvi xassələri”, “Hidroliz”, “Turşuların əsasların və duzların dissosiasiyası”, “Turşuların əsasların və duzların dissosiasiyası”, “Üzvi birləşmələrin kimyəvi quruluş nəzəriyyəsi”, “Turşuların əsasların və duzların dissosiasiyası”, “Alkanlar”, “Elektroliz”, “Doymuş Karbohidrogenlər (alkanlar). Metan”, “İon mebadilə reaksiyaları”S mövzularında dərsləri tədris etmiş, “Alkenlər”, “Stirol” mövzularnda dərslıri isə dinləmişlər. Dərslərdədə kafedra müdiri prof. Xəlil Nağıyev, metodist-müəllim, fənn müəllimi və təcrübəçi tələbələr iştirak etdilər. Mövzuların tədrisində klaster, beyin həmləsi, BiBÖ üsullarından istifadə olundu. Dərslər fəal keçdi. Dərslər zamanı qruplarla işdə fəaliyyət zamanı keçmiş bölmə üzrə mövzular araşdırıldı və uşağlar tərəfindən lövhədə təqdim olunaraq informasiya mübadiləsi təşkil olundu. Bəzi siniflərdə formativ qiymətləndirmə təşkil olundu. Təcrübəçi tələbələr, bir neçə sinifdən ibarət şagirdlərə maraqlı təcrübələr təqdim etdilər. Təşkil olunan kimyəvi təcrübələr şagirdlər tərəfindən çox maraqla qarşılandı. Bu cür təcrübələrin keçirilməsi, şagirdlərin kimya elminə maraqlarını artıraraq, onu sevmələrinə və öyrənəcək fənlər arasında üstünlük vermələrinə səbəb ola bilər.