Pedaqoji təcrübə davam edir

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Kimya müəllimliyi ixtisası üzrə ixtisaslaşan IV kurs tələbələrinin Bakı şəhərində yerləşən orta ümumtəhsil məktəblərində pedaqoji təcrübəsi davam edir. Pedaqoji praktikanın artıq passiv mərhələsini başa vuran tələbələr açıq dərslərini verməyə başlamışdır. Mehdi Hüseynzadə adına 19 saylı məktəbdə təcrübə keçən KML066A qrup tələbələri müasir təlim metodları istifadə etməklə kinya dərslərini tədris edir. KML066A qrup tələbəsi Hüseynzadə Məlahətin 7B sinfində "Kağız Xromatoqrafiyası" mövzusunda açıq dərsi keçirilmişdir. Dərs zamanı virtual təcrübələr nümayiş etdirilmuş və şagirdlərin fəallığı yüksək səviyyədə təmin olunmuşdur. Təcrübəçi tələbəni dərsi metodist müəllim və fənn müəllimi tərəfindən yüksək qiynətləndirilmişdir.