Pedaqoji təcrübə davam edir

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Kimya müəllimliyi ixtisası üzrə ixtisaslaşan IV kurs tələbələrinin Bakı şəhərində yerləşən orta ümumtəhsil məktəblərində pedaqoji təcrübəsi davam edir. Pedaqoji praktikanın artıq passiv mərhələsini başa vuran tələbələr açıq dərslərini verməyə başlamışdır. BDU-nun nəzdində Gənc İstedadlar liseyində təcrübə keçən KML067A qrup tələbələri müasir təlim metodları istifadə etməklə kinya dərslərini tədris edir. 04.05.2026-07.05.2026-cı il tarixdə KML067A qrup tələbələrinin 7, 8, 9-cu siniflərdə “Oksidlər”, “Oksidləşmə və reduksiya”, “Kimyəvi reaksiyanın əlamətləri”, “Əsaslar və əsasi mühit” mövzularında dərsləri tədris etmişlər. Dərs zamanı virtual təcrübələr nümayiş etdirilmuş və şagirdlərin fəallığı yüksək səviyyədə təmin olunmuşdur. Təcrübəçi tələbələrin dərsi metodist müəllim Xanımbacı Məmmədova tərəfindən yüksək qiymətləndirilmişdir.