Pedaqoji təcrübə davam edir

Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Kimya müəllimliyi ixtisası üzrə ixtisaslaşan IV kurs tələbələrinin Bakı şəhərində yerləşən orta ümumtəhsil məktəblərində pedaqoji təcrübəsi davam edir. Pedaqoji praktikanın artıq passiv mərhələsini başa vuran tələbələr açıq dərslərini verməyə başlamışdır. Mehdi Hüseynzadə adına 19 saylı məktəbdə təcrübə keçən KML066A qrup tələbələri müasir təlim metodları istifadə etməklə kimya dərslərini tədris edir. KML066A qrup tələbələri Zərbiyeva Aytacın 7B sinfində "Ekzotermik və endotermik reaksiyalar", Cəlilova Səidənin 8A sinfində "Əsaslar", İsmayılov Samirin "Əsaslar və əsasi mühit" mövzularında açıq dərsləri keçirilmişdir. Dərs zamanı virtual təcrübələr nümayiş etdirilmiş və şagirdlərin fəallığı yüksək səviyyədə təmin olunmuşdur. Təcrübəçi tələbələrin dərsləri metodist müəllim Rəsulova Esmira tərəfindən qiymətləndirilmişdir.