Pedaqoji təcrübədə açıq dərslər
BDU-nun Kimya fakültəsinin Kimya müəllimliyi ixtisası üzrə təhsil alan tələbələri 2024-2025-ci tədris ilin yaz semestrində metodist Arzu Paşayevanın rəhbərliyi ilə pedaqoji təcrübə çərçivəsində "Gənc İstedadlar" liseyində olmuşlar. Təcrübənin əsas məqsədi tələbələrin müəllimlik fəaliyyətini məktəb mühitində praktik olaraq tətbiq etməsi, fənnin tədrisində müasir pedaqoji metod və texnologiyalardan istifadə bacarığının inkişaf etdirilməsi olmuşdur. Pedaqoji təcrübədə tələbələr ilk mərhələdə sınaq dərsləri keçmiş, dərslərin planlaşdırılması və hazırlanması mərhələsində çalışmışlar. Növbəti mərhələdə isə 7–10-cu siniflərdə açıq dərslər təşkil edilmişdir. Açıq dərslər yüksək səviyyədə keçirilir, şagirdlərin fəallığı, dərsə marağı və qarşılıqlı ünsiyyətləri ilə seçilmişdir.
Təcrübəçi tələbələr dərslərdə fəal-interaktiv təlim metodlarından, problem əsaslı və vizual öyrənmə üsullarından, eləcə də qrup və cütlərlə iş formalarından geniş şəkildə istifadə etmişlər. Müxtəlif tədris resurslarından – slaydlar, əyani vəsaitlər, praktik tapşırıqlar və laboratoriya təcrübələrindən yararlanmaqla dərslərin həm elmi, həm də vizual cəhətdən cəlbedici təşkilinə nail olurlar. Açıq dərslərdən sonra kollektiv müzakirələr aparılır, metodist və fənn müəllimləri tərəfindən dərslər təhlil edilir, tələbələrin uğurlu məqamları və inkişaf istiqamətləri müəyyən edilmişdir.
Metodist Arzu Paşayevanın rəhbərliyi, "Gənc İstedadlar" liseyinin pedaqoji kollektivinin dəstəyi və tələbələrin yüksək motivasiyası nəticəsində bu təcrübə gələcək kimya müəllimlərinin formalaşmasında mühüm rol oynayır.