“Planetimizi qoruyaq – gələcəyimizi qoruyaq!” adlı layihə həyata keçirildi

Beynəlxalq Yer Kürəsi Günü münasibətilə Kimya fakültəsininin igilis bölməsi KMH002i qrupunun tələbələri “Planetimizi qoruyaq – gələcəyimizi qoruyaq!” adlı layihə həyata keçirdilər. Layihə çərçivəsində tələbələr ətraf mühit problemlərini araşdıraraq, çirklənmə, iqlim dəyişikliyi və tullantıların artması kimi mövzular üzrə fikirlərini ingilis dilində təqdim etdilər. Qrup şəklində işləyən tələbələr səhnəciklər (rol oyunları) hazırladılar, eyni zamanda tullantı materiallardan istifadə edərək yaradıcı işlər ortaya qoydular. Posterlər və təqdimatlar vasitəsilə nümayiş olunan ideyalar, xüsusilə çirklənmənin azaldılmasına yönəlmiş təkliflər böyük maraq doğurdu. Bu layihə tələbələrin həm dil bacarıqlarının, həm də komanda işi və sosial məsuliyyət hissinin inkişafına töhfə verdi.