Tomar Universitetinin professoru fakültəmizdə
Portuqaliyanın Tomar Universitetinin professoru Valentim Nunes Bakı Dövlət Universitetinin Kimya fakültəsinin qonağı olunmuşdur. Kimya fakültəsinin dekanı Fuad Kərimli ilə keçirilmiş görüş zamanı fakültənin bakalavriat və magistratura proqramları, iştirak etdiyi beynəlxalq qrant lahiyələri haqqında fikir mübadiləsi aparılmışdır. Daha sonra professor Kimya fakültəsinin elmi-tədqiqat laboratoriyaları ilə tanış olmuş, yerinə yetirilən elmi-tədqiqat işləri və birgə lahiyələrin icrası haqqında müzakirələr aparılmışdır. Sonra professor Valentim Nunes Kimya fakültəsində elmi seminarla çıxış etmiş, seminarda Tomar universiteti və kimya mühəndisliyi fakültəsində yerinə yetirilən lahiyə və elmi-tədqiqatlar haqqında ətraflı məlumat vermiş, iştirakçıların suallarını cavablandırmışdır.