Prof. Hikmət Əlizadə ustad dərsi apardı
-(1)-lg.jpg)
Bakı DövlətUniversitetinin Kimya fakültəsinin Kimyanın tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə ustad dərsi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan kafedra müdiri, prof.Xəlil Nağıyev iştirakçıları salamlamış, kafedrada görülən işlər və elmi seminarların əhəmiyyəti haqqında ətraflı məlumat vermişdir. Prof. Hikmət Əlizadə "Dərsin psixoloji-pedaqoji məsələləri" mövzusunda məruzə etmişdir. Bu zaman dərsin əsas mahiyyəti, tələbələrdə, şagirdlərdə formalaşan məntiqi, tənqidi təfəkkürün dərs prosesi zamanı tətbiqi, fəal interaktiv təlim metodları haqqında ətraflı məlumat vermişdir. Seminarda fakültənin professor-müəllim heyəti, "kimya müəllimliyi” ixtisası üzrə təhsil alan IV kurs tələbələri və kafedranın magistrantları iştirak etmişdir. Seminar iştirakçılarının qarşılıqlı müzakirəsindən sonra sualların cavablandırılması ilə yekunlaşmışdır.