Professor İbrahim Məmmədov akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi ilə əlaqədar tədbirdə iştirak edib
-lg.jpg)
Bakı Şəhəri Yasamal rayon 308 saylı tam orta ümumtəhsil məktəbin direktoru Nigar Mahinin dəvəti ilə Bakı Dövlət Universitetinin Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri professor İbrahim Məmmədov akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi ilə əlaqədar tədbirdə iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nigar Mahi iştirakçıları salamlamış, Azərbaycanın Dövlət Himni səsləndirilmiş, akademik Yusuf Məmmədəliyevin həyat və yaradıcılığına həsr edilmiş videorolik göstərilmişdir. Məktəb şagirdlərinin görkəmli alimin yubileyinə həsr edilmiş çıxışları dinlənilmiş və neftlə əlaqəli təcrübələr nümayiş etdirilmişdir. Sonra İbrahim Məmmədov BDU rəhbərliyi və öz adından tədbir iştirakçılarına dəvətə görə təşəkkürünü bildirmiş, dünya şöhrətli alimin keçdiyi şərəfli yol, bəşəri əhəmiyyətə malik kəşfləri, İkinci Dünya müharibəsi illərində yüksək oktanlı benzin, “Molotov kokteyli”, alimin BDU-da fəaliyyəti ilə əlaqədar geniş məlumatlar vermişdir. Eləcə də İbrahim Məmmədov kafedrada akademik Yusuf Məmmədəliyev irsinin davam etdirilməsi, həyata keçirilən müasir səviyyəli tədqiqatlar, beynəlxalq konfranslarda alimin işlərinin təşfiqi haqında danışmışdır. Neft kimyasının əhəmiyyəti, neftdən alına biləcək müxtəlif çeşidli məhsullar haqqında verilən biliklər şagirdlər tərfindən maraqla qarşılanmışdır. Tədbir müəllim və şagirdləri maraqlandıran sullara cavablarla yekunlaşdırılmışdır.