Professor Tərlan Məmmədov tərəfindən elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin məzunu, AMEA-ın müxbir üzvü, Türkiyənin Akdeniz Universitetinin Molekulyar Biotexnologiya Mərkəzinin rəhbəri, professor Tərlan Məmmədov tərəfindən “Vaksin və terapevtik proteinlerin işlənib hazırlanması” mövzusunda elmi seminar keçirilib. Professor Tərlan Məmmədov COVİD-19 virusuna qarşı vaksinlər haqqında ətraflı məlumat Verdi. Bildirib ki, onun rəhbərliyi ilə komandası tərəfindən hazırlanmış vaksin COVİD-19 virusunun bütün variantlarına qarşı effektlidir. Tərlan Məmmədov artıq bir neçə önəmli vaksinin, o cümlədən qarayara, malyariya və quduzluq kimi xəstəliklərə qarşı vaksinlərin hazırlanması ilə əlaqədar preklinik tədqiqatların başa çatdığını və insanlar üzərində sınaqlardan keçmə mərhələsində olduğunu deyib. Qarşılıqlı müzakirədən sonra, elmi seminar sualların cavablandırılması ilə yekunlaşdırılmışdır.