Professorumuz Beynəlxalq Simpoziumda
“Yüksəkmolekullu birləşmələr kimyası” kafedrasının müdiri, kimya elmləri doktoru, professor Rasim Alosmanov Türkiyə Respublikasının Bitlis şəhərində 4-6 noyabr tarixlərində keçirilən “Pomza və Perlit Beynəlxalq Simpoziumunda” “Funksionallaşdırılmış perlit/modifikasiya edilmiş butadien kauçuku hibrid kompozitinin adsorbsiya xassələri” mövzusunda məruzə ilə çıxış etmişdir. Təqdim edilən məruzə iştirakçıların marağına səbəb olmuşdur. Gələləcəkdə bu sahədə elmi tədqiqat işlərinin genişləndirilməsi məqsədilə bir sıra universitet nümayəndələri tərəfindən birgə əməkdaşlıq təklifi müzakirə olunmuşdur.
Simpoziumda 10-dan çox ölkədən 80-nə yaxın iştirakçı məruzə ilə çıxış etmişdir.