Professorumuz Türkiyədə elmi ezamiyyətdə olmuşdur
Bakı Dövlət Universitetinin Kimya fakültəsinin nüfuzlu alimi, Neft kimyası və kimya texnologiyası kafedrasının professoru, “Alkenilfenollar kimyası” elmi-tədqiqat laboratoriyasının müdiri, Əməkdar elm xadimi, professor Musa Rza oğlu Bayramov Türkiyə Cümhuriyyətinin Sakarya və Orta Doğu Texniki Universitetilərində ezamiyyətdə olmuşdur. Sakarya Universitetinin Kimya fakültəsinin professuru Dr. Ahmet Tutarla AzTürk-3 Beynəlxalq grant müsabiqəsinə təqdim ediləcək layihəni (Neftçıxarmada neftin hasılatını, metal avadanlıqlarının istismar müddətini artıran yeni polifunksional kimyəvi reagent və kompozisiyaların işlənib hazırlanması) müzakirə etmiş və “Alkilfenollar əsasında poilifunksional materialların alınmasının perspektiv istiqamətləri” mövzusunda elmi seminarda çıxış etmişdir. Sakarya və Orta Doğu Texniki Universitetilərində kimyaçı alimlər ilə gələcəkdə birgə elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulur.