Qarabağın təbii sərvətləri və mədəni irsi
27 oktyabr 2022-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsi Tələbə Elmi Cəmiyyətin təşəbbüsü ilə "Şuşa ili"nə həsr olunmuş "Qarabağın təbii sərvətləri və mədəni irsi" adlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilmiş, Şəhdirlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilmişdir.
Kimya fakültəsinin dekanı Fuad Kərimli bildirdi ki, işğal olunmuş ərazilərdə ermənistan dövləti tərəfindən otuz ilə yaxın müddətdə bütün tarixi abidələrimizə qarşı vandalizm siyasəti həyata keçirilib, təbii sərvətlər, infrakstruktur vəhşicəsinə talan edilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə doğma torpaqlarımız işğaldan azad edildikdən sonra bütün dünya xalqımızın tarixi-mədəni abidələrinin ermənilər tərəfindən dağıdılmasının, mənimsənilməsinin şahidi olur. Ermənilərin yalanlarını ifşa etmək üçün bütün istiqamətlərdə davamlı fəaliyyət göstərmək hər birirmizin qarşısında duran ən öndə məsələdir
Kimya fakültəsinin dekan müavini Taleh Qəhramanov bildirdi ki, Ermənilər tərəfindən bu cür vandalizm aktları təkcə Azərbaycanlılara qarşı törədilməyib. İnsanlığa kənar hərəkətlər digər dinlərin tarixi, mədəni abidələrinə qarşı da baş verib. Bu gün Azərbaycan dünyada multikultural dəyərlərin inkişaf etdiyi ölkə kimi tanınır. Ermənistan isə bütün tarixi abidələrə qarşı baş verən terror aktını dövlət səviyyəsində həyata keçirir. Haqlı olaraq xalqımız beynəlxalq təşkilatlardan bu vandalizm aktına qarşı ədalətli münasibət göstərilməsini gözləyir.
Kimya fakültəsinin II kurs tələbəsi Aytac Vəliyeva “İşğal faktının mədəni irsimizə təsiri”, IV kurs tələbəsi Hüseyn Quluzadə “İşğaldan azad edilmiş ərazilərimizin təbii sərvətləri və erməni vandalizmi“, IV kurs tələbəsi Daşqın Abdulla isə "Azərbaycan təbiətinə qarşı ekoloji terror" mövzularında çıxışlarını təqdim etmişlər.Tədbirin sonunda Tələbə Elmi Cəmiyyətin sədri İsa İsayevin rəhbərliyi ilə hazırlanmış video-çarx təqdim olunmuşdur.