“Qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib
29 Sentyabr 2026 11:56

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə 27 Sentyabr-Anım Gününə həsr olunmuş “Qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Kimya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Taleh Qəhrəmanov 27 Sentyabr- Anım Gününün xalqımızın milli yaddaşında xüsusi əhəmiyyət daşıdığını bildirib. Taleh Qəhrəmanov çıxışda Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının və milli birlik ideologiyasının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü şəkildə davam etdirildiyi, Vətən müharibəsində əldə olunan tarixi Zəfərin isə xalq-ordu birliyinin və dövlət siyasətinin mühüm nəticəsi olduğu qeyd edilib.
Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsinin əbədiləşdirilməsi, onların keçdiyi şərəfli yolun gənc nəslə çatdırılması və vətənpərvərlik dəyərlərinin təbliği mühüm vəzifələrdəndir.
Tədbirin bədii hissəsində fakültə tələbələri Ləman Məmmədli, Elay Kərimli və Fidan Quluzadə Anım Gününə həsr olunmuş şeirlər səsləndirib, mövzu ilə bağlı təqdimatlarla çıxış ediblər.
Sonda Vətən müharibəsinə və şəhidlərimizin qəhrəmanlıq yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbir tələbə gənclərdə milli-mənəvi dəyərlərə bağlılığın, vətənpərvərlik ruhunun və şəhidlərin əziz xatirəsinə ehtiram hissinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub.
Şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad ediləcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Qarabağ Azərbaycandır!
Son XƏBƏRLƏR
30.09.2026 | 16:20
I kurs tələbələri Heydər Əliyev Muzeyinə ekskursiya ediblər
01.09.2026 | 14:35
Magistrantımız Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinə yola salındı
31.08.2026 | 15:11
Tələbələrimiz Çin Xalq Respublikasının Pekin Kimya Texnoligiyaları Universitetinə göndərilib
08.07.2026 | 00:25